Hazırda sülh müqaviləsi mətninin faktiki müəllifi və moderatoru Azərbaycandır, başqa dövlət deyil. Rəsmi Bakı sülh mətnini yaradır və şərhlər, qeydlər, təkliflər üçün Ermənistana göndərir.
BUTA.TV xəbər verir ki, bunu erməni hərbi ekspert Ayk Nahapetyan deyib.
“Lakin Paşinyanın fikrincə, mətnin mahiyyəti Mişelin vasitəçiliyi ilə Azərbaycanla razılaşdırılan prinsiplərə əsaslanır. Əslində bu məqamları Azərbaycan müəyyən edir. İrəvanın təkliflərinə baxmayaraq, Azərbaycan bir müəllim kimi pis şagird üçün düzəliş edir və ya silir, yenidən mətni Ermənistana geri göndərir. Burada əsas odur ki, Bakı bu prosesin moderatorudur. Nə vaxtsa Nikolun layihə hazırlayıb Bakıya göndərdiyini dediyini eşitmişikmi? Xeyr. Mətnin əsas müəllifi olanda və şərtləri diktə edəndə vasitəçinin olması Bakıya sərf etmir. Azərbaycan Ermənistanın təkliflərini qəbul edə və ya rədd edə bilər. Ermənistan isə Azərbaycana heç demir ki, sizin təkliflərinizi bir kənara qoyub, yeni şərtlərimi təklif edirəm. Ermənistan yalnız mətndə müəyyən dəyişikliklər edir”, - o bildirib.
Xatırladaq ki, dünyada həmişə sülhün şərtlərini qalib ölkə hazırlayıb.
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib