Tehran atom bombası yaratmaq üçün lazımi material və imkanlara malikdir.
BUTA.TV xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Frans-24 (France 24) telekanalına müsahibəsində deyib.
O, İranın nüvə proqramı ilə bağlı narahatlığını növbəti dəfə dilə gətirərək, Tehranın uranı olduqca yüksək səviyyədə zənginləşdirdiyini bildirib:
“İranın nüvə proqramı ilə bağlı hələ də çoxlu cavabsız suallar var. MAQATE müfəttişləri İranda uran olmaması lazım olan obyektlərdə yüksək səviyyədə zənginləşdirilmiş uran və ya emal olunmuş uranın izlərini aşkar ediblər”.
Qeyd edək ki, bir neçə gün əvvəl Qrossi Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasına ünvanladığı bəyanatda İranın 5%, 20% və 60% zənginləşdirilmiş uran ehtiyatlarının cari ilin sentyabr ayı ilə müqayisədə artdığını açıqlayıb.
- Azərbaycan XİN İspaniyaya başsağlığı verdi
- Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biri...
- Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək