Sabah Naxçıvanın bu ərazilərində su olmayacaq

16:12 - 29 Noyabr 2023 - GÜNDƏM

 Sabah Naxçıvanın bu ərazilərində su olmayacaq

Naxçıvan şəhəri 10-cu küçə ərazisində su xəttində qəza baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Naxçıvan Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, qəzanın aradan qaldırıması üçün aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 30 noyabr 2023-cü il tarixdə səhər saat 09:00-dan axşam saat 21:00-dək şəhərin 56, 58, 59, 60, 61-ci məhəllələrinə, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərinə suyun verilməsi müvəqqəti dayandırılacaq.

Qeyd edilib ki, Əliqulu Qəmküsar və Babək məhəllələrində isə suyun təzyiqində azalmalar olacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol