AB liderlərinin dekabr sammitindən sonra Rusiya Prezidenti Vladimir Putini xoş sürpriz gözləyə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Danimarkanın DR nəşri məlumat yayıb.
“Ukraynanın üzvlüyü ilə bağlı danışıqlara başlamaq qərarı dekabrda keçiriləcək sammitdən mart ayına planlaşdırılan növbəti görüşə qədər təxirə salına bilər. Artıq planlaşdırılıb ki, yazda Avropa Komissiyası Kiyevin üzvlük yolunda irəliləyişinə dair daha bir hesabat hazırlasın. Ona görə də AB liderlərinin onu gözləməsi təbii olacaq. Nəticədə dekabr sammiti AB-nin Ukraynaya dəstək üzrə klassik kompromislə başa çata bilər. Və Putin Brüsseldən bundan daha yaxşı Milad hədiyyəsi gözləyə bilməz”, - nəşr bildirib.
- Azərbaycan XİN İspaniyaya başsağlığı verdi
- Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biri...
- Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək