Müğənni Çinarə Məlikzadənin atası Məlik Ağalar oğlu Məlikzadə bu gün metronun "Nəriman Nərimanov" stansiyasında dünyasını dəyişib.
Kult.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında yazıb.
O Çinarə ilə fotosunu paylaşaraq atasının vəfatına görə ona başsağlığı verib:
"Bir gün gələr, bir gün köçər bu dünyadan ... Olumlu-ölümlü bu dünyadan daha bir ata köçdü ... Xətrini dünyalar qədər istədiyim bir insanın müğənni Çinarə Məlikzadənin atası Məlik Ağalar oğlu Məlikzadə (06.06.1962 - 29.11.2023) metroda qəflətən dünyasını dəyişdi".
Qeyd edək ki, Bu gün metronun "Nəriman Nərimanov" stansiyasında bir kişi xdünyasınqatardan düşüb stansiyanı tərk edən ahıl yaşlarında kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib və dünyasını dəyişib.
Bakı Metropolitenindən bildirilib ki, çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib.
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib