Bizim üçün vacib oyundur. Çox bacarıqlı komandaya qarşı çıxış edəcəyik. Rəqibin özünəməxsus oyun sistemi var və bunu yaxşı icra edirlər. Hava şəraiti bizim üçün bir az gözlənilməz oldu. Amma həm bunu, həm də meydança amilini düşünməliyik.
BUTA.TV xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Molde” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin səfər oyunu ilə bağlı mətbuat konfransında deyib.
“Hər iki komanda üçün şərait eynidir. Sadəcə, rəqib bu şəraitə daha çox alışıb ki, üstünlükləri budur. Belə şəraitdə oynadığımız matçlar olub. Bunları futbolçularımıza bildiririk. İlk dəfə deyil ki, belə vəziyyətdə çıxış edəcəyik. Buna baxmayaraq, uğurlu çıxış üçün hər şeyi edəcəyik”, - Q.Qurbanov qeyd edib.
- Azərbaycan XİN İspaniyaya başsağlığı verdi
- Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biri...
- Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək