İstanbulda hökm sürən kəskin hava şəraiti səbəbindən bir nəfər ölüb.
BUTA.TV xəbər verir ki, bu barədə İstanbul valiliyinin şəhərdə güclü külək və leysanın son 24 saat ərzində yaratdığı fəsadlarla bağlı məlumatında bildirilib.
Məlumatda qeyd olunub ki, küləyin aşırdığı elektrik dirəyinin altında qalan bir nəfər həyatını itirib.
İstanbul və Bursada dəniz səfərləri təxirə salınıb. Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb. Külək ümumilikdə 27 tikilinin dam örtüyünü uçurub, 43 ağac kökündən qopub, bir ərazidə torpaq sürüşməsi qeydə alınıb.
- Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biri...
- Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?