Beynəlxalq hüquq baxımından keçmiş SSRİ-nin bütün ölkələrinin İttifaqdan çıxması qeyri-legitimdir.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fedorov “İnfo24”-ə müsahibəsi zamanı Qazaxıstanda “Vaqner”in tərkibində döyüşən muzdluya həbs cəzası verilməsi haqqında danışarkən deyib.
“Qazaxıstan daim Rusiyadan uzaqlaşır. Belə də olmalıdır. Bu, Qazaxıstan rəhbərliyinin siyasəti deyil, 1991-ci ildə hüquqi mənada düzgün olmayan qərarların səbəb olduğu obyektiv prosesdir. Heç kimə sirr deyil ki, Qazaxıstan SSRİ-ni qeyri-qanuni şəkildə tərk edib. Qanunsuz olan hər şey həmişə mübahisəlidir. Keçmiş SSRİ respublikalarının legitimliyini şübhəli hesab etmək üçün əsaslar var”, - deyə deputat bildirib.
Fedorov NATO-ya daxil olmamaq və antirusiya xarakterli hərbi quruculuqla məşğul olmaqdan imtina şərtlərinin əksini tapdığı müəyyən birgə beynəlxalq hüquqi sənədlərin imzalanmasını vacib hesab etdiyini qeyd edib. O, yalnız bu yolla postsovet respublikalarının Rusiyaya qarşı düşmənçilik fəaliyyətlərinin dayandırılmasının mümkünlüyünü vurğulayıb.
Deputat eyni zamanda sözügedən ölkələrlə hüquqi münasibətlərin Vladimir Putinin müəyyən etdiyi “qırmızı xətlər” prinsipləri əsasında qurulmasını təklif edib.
Qeyd edək ki, Qazaxıstanda “Vaqner”in tərkibində vuruşduğu üçün Aleksandr Şompolov adlı vətəndaş həbs cəzası alıb. O, konstitusiya quruluşunu və Ukraynanın ərazi bütövlüyünü pozmaqda ittiham edilib.
- Polşa səfirliyi Azərbaycana başsağlığı verdi
- Azərbaycan XİN İspaniyaya başsağlığı verdi
- Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biri...
- Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto