İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri ilə Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman əl-Səud arasında telefon danışığı baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Söhbət zamanı M.Bagiri İran Silahlı Qüvvələrinin Səudiyyə Ərəbistanı ilə hərbi əlaqələri inkişaf etdirməyə hazır olduğunu açıqlayıb.
İki ölkə arasında dostluq əlaqələrinin inkişafından məmnunluğunu bildirən Bagiri islam ölkələri başçılarının növbədənkənar zirvə görüşünün təşkilinə görə Səudiyyə Ərəbistanı hökumətinə minnətdarlığını bildirib.
Səudiyyə Ərəbistanının müdafiə naziri iki ölkənin hərbçiləri arasında əməkdaşlıq səviyyəsinin yüksəldilməsini alqışlayıb.
- ABŞ Rusiyanı belə çökdürür - Tayms
- “Qabı yaramın üstünə atdı” - “Liv Bona Dea”da iş adamının başına oyun açdılar
- Polşa səfirliyi Azərbaycana başsağlığı verdi
- Azərbaycan XİN İspaniyaya başsağlığı verdi
- Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biri...
- Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir