Son günlər sosial şəbəkələrdə xaricdən gətirilən malların gömrük limitinin 300 dollardan 150 dollara endiriləcəyi ilə bağlı paylaşımlar edilir. Yayılan bu xəbərlər nə dərəcədə həqiqətə uyğundur?
BUTA.TV xəbər verir ki, mövzu ilə bağlı danışan ekspert Nicat Manafov hesab edir ki, gömrük limitinin 300 dollardan aşağı salınması reallaşsa belə, heç bir nəticə verməyəcək.
Onun sözlərinə görə, yerli sahibkarla internet üzərindən alış-veriş edənlər arasındakı balansı qorumaq üçün müxtəlif yollar var. O təklif edir ki, ya sahibkarlara da eyni qaydada güzəştlər tətbiq olunmalı, ya da vətəndaşlar da vergi verməlidir.
İqtisadçı Xalid Kərimli isə deyib ki, limitin endirilməsi ilə bağlı gəzən söhbətlər şayiədir.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən bildirildi ki, vətəndaşlar tərəfindən şəxsi istifadə məqsədilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilməsi qaydaları Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir və hazırda bu qərarda hər hansı dəyişiklik yoxdur.
Daha ətraflı Xəzər TV-nin videomaterialında:
- Türkiyə Hacıbəylini niyə təhvil vermir? - Şübhəli məqamlar
- İrəvandan Türkiyə və Azərbaycanla bağlı açıqlama
- ABŞ Rusiyanı belə çökdürür - Tayms
- “Qabı yaramın üstünə atdı” - “Liv Bona Dea”da iş adamının başına oyun açdılar
- Polşa səfirliyi Azərbaycana başsağlığı verdi
- Azərbaycan XİN İspaniyaya başsağlığı verdi
- Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biri...
- Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi