Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsi davam edir. Mübadilə ictimailəşmir və adətən, birbaşa döyüş meydanında baş verir.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Assoşeyted Press”ə müsahibəsində deyib. “Biz mübadilə fondumuzu doldururuq, sonra mübadilə baş verir. Onları birbaşa döyüş meydanında dəyişirik. Bizdə onların 10 məhbusu, onlarda isə bizim bir neçə adamımız olduqda, dəyişmə baş verir. Bütün bunlarla bağlı komandirlərin göstərişləri var və onlar nə etməli olduqlarını bilirlər”, - deyə Zelenski bildirib.
Zelenski əlavə edib ki, hazırda bir neçə min ukraynalı müdafiəçi əsirlikdədir.
- Bu şəxslər Azərbaycana ekstradisiya edildi
- Türkiyə Hacıbəylini niyə təhvil vermir? - Şübhəli məqamlar
- İrəvandan Türkiyə və Azərbaycanla bağlı açıqlama
- ABŞ Rusiyanı belə çökdürür - Tayms
- “Qabı yaramın üstünə atdı” - “Liv Bona Dea”da iş adamının başına oyun açdılar
- Polşa səfirliyi Azərbaycana başsağlığı verdi
- Azərbaycan XİN İspaniyaya başsağlığı verdi
- Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biri...