İsrail-Livan sərhədində gərginliyin artması fonunda İsrail Səhiyyə Nazirliyi ölkənin xəstəxanalarına minlərlə yaralının qəbuluna hazırlaşmağı tapşırıb.
BUTA.TV xəbər verir ki, bu barədə İsrailin “Kan” radiosu məlumat yayıb.
Məlumata görə, bütün xəstəxanalar Səhiyyə Nazirliyinin baş direktoru Moşe Bar Siman Tovdan müvafiq göstərişlər aldıqdan sonra 24 saat ərzində zəruri hallarda təcili iş rejiminə keçməyə hazırlaşmalıdır:
“Xəstəxanalar tibb işçilərinin və xəstələrin qorunan ərazilərə köçürülməsinə, yüngül simptomları olan bütün xəstələrin dərhal evə buraxılmasına və çoxlu sayda yaralının müalicəsinə hazır olmalıdır. Nahariya və Safad şəhərlərindəki böyük xəstəxanalar lazımi avadanlıq, dərman və ərzaq almaq imkanı olmadan tam təcrid olunmuş vəziyyətdə işləməyə, çoxlu sayda yaralını qəbul etməyə hazır olmalıdır”.
“Kan” bildirib ki, Səhiyyə Nazirliyi tibb işçiləri arasında itkilərlə bağlı ssenarilər üzərində də işləyir və bununla əlaqədar olaraq xaricdən həkimlərin çağırılmasının mümkünlüyü nəzərdən keçirilir. Artıq 7 minə yaxın yəhudi həkim yardım göstərmək üçün könüllü olaraq İsrailə gəlməyə hazır olduğunu bildirib.
- Türkiyə Hacıbəylini niyə təhvil vermir? - Şübhəli məqamlar
- İrəvandan Türkiyə və Azərbaycanla bağlı açıqlama
- ABŞ Rusiyanı belə çökdürür - Tayms
- “Qabı yaramın üstünə atdı” - “Liv Bona Dea”da iş adamının başına oyun açdılar
- Polşa səfirliyi Azərbaycana başsağlığı verdi
- Azərbaycan XİN İspaniyaya başsağlığı verdi
- Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biri...
- Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi