Azərbaycanın daha iki güləşçisi Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində çıxışlarını başa vurub.
BUTA.TV xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi Sənan Süleymanov finalda macarıstanlı Joltan Levaya 5:0 hesabı ilə qalib gələrək, reytinq turnirinin çempionu olub.
Qadınların mübarizəsində isə Alyona Kolesnik (59 kiloqram) macarıstanlı Nikolet Şaboya 11:8 hesabı ilə məğlub edərək, reytinq turnirində bürünc medal qazanıb.
Qeyd edək ki, Azərbaycan idmançıları reytinq turnirində daha əvvəl üç bürünc medal qazanıblar. Sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kiloqram) və Cəbrayıl Qadjiyev (74 kiloqram) fəxri kürsüyə qalxıblar.
- ABŞ Rusiyanı belə çökdürür - Tayms
- “Qabı yaramın üstünə atdı” - “Liv Bona Dea”da iş adamının başına oyun açdılar
- Polşa səfirliyi Azərbaycana başsağlığı verdi
- Azərbaycan XİN İspaniyaya başsağlığı verdi
- Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biri...
- Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir