Salyanda 20-yə yaxın kənd işıqsız qalıb.
BUTA.TV Report-a istinadla xəbər verir ki, rayonda yağan qar elektrik təsərrüfatında ciddi problemlər yaradıb.
Belə ki gecə saatlarından indiyədək rayonun Qarabağlı, Çaxırlı, Arxarası, Yenikənd, Həsənli, Şəkərli, Kürsəngi, I-II Varlı, Peyk, Xocalı və ümumilikdə 20-yə yaxın kəndlərində elektrik enerjisinin verilişi dayanıb.
Minlərlə sakin qışın qarlı-çovğununda işıqsız qalıb. Bununla bərabər ötən axşam saat 21:00 radələrində şəhərin Ə.Kürçaylı, H. Əliyev, T.Xəlilbəyli, Y.Zərgərli, Ə.Zeynalov və digər küçələrin sakinləri də enerji verilişindən məhrum olub. Enerjinin bərpası ilə bağlı aidiyyəti qurumlar hərəkətə keçiblər.
Qeyd edək ki, hazırda fasiləsiz olaraq qar yağır. Qarın hündürlüyü 20 santimetrə çatıb.
- Polşa səfirliyi Azərbaycana başsağlığı verdi
- Azərbaycan XİN İspaniyaya başsağlığı verdi
- Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biri...
- Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto