Rusiya ordusu Ukraynanın müdafiə xəttinin arxasına hücum etmək üçün desant-hücum briqadaları yaradır.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Bu briqadalar Ukraynanın yaxın arxa xəttinə paraşütlər olmadan desant çıxara biləcəklər. Bunlar 24 fevral 2022-ci ildə Kiyev yaxınlığındakı Qostomel hava limanı uğrunda ilk döyüşlər zamanı olduğu kimi, şəxsi heyəti tez yerləşdirmək üçün helikopterlərdən eniş cəhdləri olacaq”, - məlumatda qeyd olunub.
Bildirilib ki, artıq Zaporojye cəbhəsində 58-ci ümumqoşun ordusunun tərkibində 49-cu əlahiddə desant-hücum briqadası fəaliyyət göstərir.
- Polşa səfirliyi Azərbaycana başsağlığı verdi
- Azərbaycan XİN İspaniyaya başsağlığı verdi
- Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biri...
- Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto