İslandiyanın Grindavik liman şəhərində yeni vulkan püskürməsi baş verib və lava axını yaşayış məntəqəsinə yaxınlaşır.
BUTA.TV xəbər verir ki, bu barədə İslandiyanın RUV telekanalı məlumat yayıb.
Məlumata görə, yüzlərlə kiçik zəlzələ qeydə alındıqdan sonra bütün sakinlər gecə saatlarında təxliyə edilib.
"Lava Grindavikə tərəf axır və ən şimalda yerləşən evlərdən 450 metr məsafədədir. Buna görə də lavanın evlərin üzərinə axması riski böyükdür. Lava Grindavikdə tikilmiş bəndi yarıb”, - məlumatda bildirilib.
Dünən axşam səlahiyyətli nümayəndələr sakinləri təxliyə olunmağa çağırıblar. Saat 03:00-dan 04:00-dək bu rayonda yüzdən çox kiçik zəlzələ qeydə alınıb, səhər saat 05:00-da isə yaşayış məntəqəsinin şərq hissəsində elektrik enerjisi kəsilib. Bütün sakinlərin püskürmədən əvvəl təxliyə edildiyi qeyd olunur.
Püskürmənin nə qədər davam edəcəyini söyləmək çətindir. Noyabr ayında baş verən püskürmə bir neçə gündən sonra dayanmışdı. Bununla belə vulkan püskürmələrinin aylarla və ya illərlə davam etməsinə dair misallar var.
Xatırladaq ki, son üç ildə İslandiyanın Reykyanes yarımadasında dörd vulkan püskürmə baş verib.
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib