Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Davos İqtisadi Forumunda iştirakı çərçivəsində ABŞ Dövlət katibinin müavini Ceyms Obrayenlə görüşüb. Qriqoryan Obrayenin diqqətinə çatdırıb ki, İrəvan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşünə razıdır. Bununla Armen Qriqoryan Obrayenə demək istəyib ki, rəsmi Bakı nazirlərin Vaşinqtonda görüşünə hələ razılıq verməyib.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, rəsmi Bakının Vaşinqton görüşüylə bağlı qərar verməməsi Dövlət Departamentinin bir neçə gün əvvəl dini mövzuda Azərbaycan əleyhinə yaydığı hesabatla əlaqəlidir:
“Prezident İlham Əliyev sülh sazişinin imzalanması üçün təminatçı dövlətlərə ehtiyac olmadığını bildirib. Ona görə çoxdan gözlənilən və Dövlət Departamentinin yanlışları nəticəsində hər dəfə təxirə salınan Vaşinqton görüşü baş tutsa belə, bunun Bakı ilə İrəvan arasındakı dialoqa birbaşa təsiri olmayacaq. ABŞ-ın təkbaşına Azərbaycanla Ermənistan arasında sülh sazişinə təminatçı dövlət olması mümkün deyil”.
- Azərbaycan XİN İspaniyaya başsağlığı verdi
- Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biri...
- Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək