Genişmiqyaslı antiterror əməliyyatı çərçivəsində İranın cənub-şərqindəki Rask şəhərində terror aktını törədənlər həbs edilib.
BUTA.TV “Mehr”ə istinadla xəbər verir ki, bu sözləri İranın polis rəisi, briqada generalı Əhməd Rza Radan deyib.
O, teraktın dörd əsas səbəbkarının sağ-salamat tutulduğunu bildirib:
“Onların sağ ələ keçirilməsi hücumun təşkilatçılarını şoka salıb. Biz digər cinayətkarları və Rask hadisəsinin təşkilatçılarını həbs etmək üçün etibarlı məlumat aldıq və Allahın lütfü ilə terrorizmin köklərini məhv edəcəyik”.
Qeyd edək ki, ötən ilin dekabrında Rask şəhərinin polis bölməsinə silahlı hücum nəticəsində 12 polis ölmüş, 7 polis yaralanmışdı. Bəlucların “Ceyşül Ədl” silahlı qruplaşması bəyanat yayaraq hücumun məsuliyyətini öz üzərinə götürmüşdü.
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib