Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Qeyd edək ki, Tiran Xaçatryan Aramus kəndi ərazisində fəaliyyət göstərən restoranda qeydə alınan insidentlə bağlı saxlanılıb. O, mübahisə zəminində silahdan atış açıb. Nəticədə 1977-ci il təvəllüdlü şəxs sağ qolundan yaralanıb.
Xaçatryana qarşı Ermənistan CM-nin 297-ci maddəsinin 2-ci hissəsinin 1 və 3-cü bəndləri (bir qrup şəxs tərəfindən xuliqanlıq), 335-ci maddənin 1-ci hissəsi (qanunsuz olaraq odlu silah gəzdirmə) və 167-ci maddənin 2-ci hissəsinin 8-ci bəndi (silahdan istifadə etməklə sağlamlığa orta dərəcədə zərər vurma) ilə ittiham irəli sürülüb. Atışma nəticəsində xəsarət alan şəxs artıq zərərçəkmiş kimi tanınıb.
Tiran Xaçatryandan xəzinəsində 16 güllə və lüləsində bir güllə ilə CZ-75 tipli döyüş tapançası aşkar edilib.
- Azərbaycan XİN İspaniyaya başsağlığı verdi
- Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biri...
- Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək