Xocalı sakinlərinə xoş xəbər

20:12 - 15 Yanvar 2024 - GÜNDƏM

 Xocalı sakinlərinə xoş xəbər

Yaxın zamanda Laçın-Kəlbəcər magistral internet xəttinin tikintisinə start verilməsi gözlənilir.

BUTA.TV xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Tural Pirverdiyev “ASAN Radio”nun canlı efirində deyib.

Onun sözlərinə görə, artıq Xocalı-Xankəndi magistral internet xəttinin tikintisinə başlanılıb:

“Xocalı şəhərinə artıq prefiks təyin olunub. Böyük Qayıdış planına uyğun olaraq oraya köçürüləcək sakinlər yüksək sürətli optik internetlə təmin olunacaq".

Bu xəbər hal-hazırda çox oxunur
Belə kartof almayın! – Adamı zəhərləyir

T. Pirverdiyev qeyd edib ki, Xankəndidə ilk nömrənin tanıdılması baş verib:

"Orada fəaliyyət göstərən dövlət və qeyri-dövlət təşkilatları internetlə təmin olunub. Gələcəkdə abonentlərin genişzolaqlı internet xidməti ilə təmin olunması üçün lazımı avadanlıqlar yerləşdirilib. Eyni zamanda Şuşa şəhərində 500, Laçın şəhərində isə 1 246 təsərrüfata genişzolaqlı internet şəbəkəsinə çıxış imkanı təmin olunub”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol