AP Azərbaycandakı seçkiləri müşahidə etməyəcək

12:18 - 16 Yanvar 2024 - GÜNDƏM

 AP Azərbaycandakı seçkiləri müşahidə etməyəcək

Avropa Parlamenti (AP) Azərbaycanda 7 fevralda keçiriləcək prezident seçkilərinə müşahidəçi göndərməmək barədə qərar qəbul edib.

BUTA.TV xəbər verir ki, bu barədə “RİA Novosti” AP-nin deputatlarından birinə istinadla məlumat yayıb.

“Avropa Parlamenti seçki prosesini müşahidə etməyəcək və buna görə də prosesin özü və ya onun nəticələrini şərh etməyəcək”, - məlumatda bildirilib.

Qeyd olunub ki, deputatların heç birinə Azərbaycanda keçirilən seçkiləri müşahidə etmək və ya onlara münasibət bildirmək səlahiyyəti verilməyib.

Bu xəbər hal-hazırda çox oxunur
Belə kartof almayın! – Adamı zəhərləyir

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol