Ermənistanın Azərbaycan ilə sülh prosesində tutduğu destruktiv mövqenin arxasında Fransa dayanır. Paris və İrəvan əlbir olub oyun qurub, amma onlar heç nə əldə edə bilməyəcəklər.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində gürcü politoloq Simon Kopadze deyib.
O bildirib ki, 2020-ci ildən 2023-cü ilə qədər mərhələli şəkildə cərəyan edən bütün proseslərdə Azərbaycan Ermənistana sülh danışıqlarının aparılmasını təklif edib. Sülh təklifi hər zaman Azərbaycan tərəfdən gəlib. Rəsmi Bakı həmişə şərait yaradırdı ki, İrəvan getdiyi səhv yoldan qayıtsın. Amma Ermənistanda elə düşünürdülər ki, Fransa ilə hansısa formada əlbir olub nəyəsə nail olacaqlar. Bu, onlarda alınmayacaq, qurduqları oyun baş tutmayacaq.
“Düşünürəm ki, Ermənistanın etdikləri onun xeyrinə olmadı. Ermənistan öz səhvlərinin qurbanı oldu. Bu uğursuz siyasətlə onlar Azərbaycanın qarşısında dura bilməyəcəklər. Çünki artıq heç nəyi tələb edə bilməzlər. Tələb edəcəkləri nəsə olsaydı, çoxdan edərdilər. Azərbaycan nə insan hüquqlarını pozub, nə əsirlərə qarşı işgəncələr verib, nə də beynəlxalq hüquqa zidd hərəkət edib. Azərbaycan hər şeyi beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində edib”, – S.Kopadze vurğulayıb.
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib