Sumqayıtda yanğın yerinə yaxın ərazilərin qazı dayandırıldı

00:44 - 18 Yanvar 2024 - GÜNDƏM

 Sumqayıtda yanğın yerinə yaxın ərazilərin qazı dayandırıldı

Sumqayıtda təhlükəsizlik tədbirləri çərçivəsində hadisə yerinə yaxın ərazilərin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin sözçüsü Eldəniz Vəliyev bildirib.

"Qeyd edim ki, yataqxana tipli bu bina qazlaşmayıb. Hadisənin baş vermə səbəbini hüquq-mühafizə orqanlarının istintaqından sonra bilinəcək", - sözçü qeyd edib.

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binası yanır. Əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Belə kartof almayın! – Adamı zəhərləyir

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol