2023-cü ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2022-ci illə müqayisədə 25,5% artaraq 1 milyon 868 min 700 nəfər olub.
BUTA.TV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, son 1 ildə Rusiyaya gedənlərin sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 31,8%, Türkiyəyə gedənlərin sayı 24,3% artıb, İrana gedənlərin sayı 27,7% azalıb.
Ölkə vətəndaşlarının 43,6%-i Türkiyəyə, 21,5%-i Rusiyaya, 9%-i Gürcüstana, 7,6%-i İrana, 18,3%-i digər ölkələrə səfər edib. Gedənlərin 64,9%-ni kişilər, 35,1%-ni qadınlar təşkil edib.
Azərbaycan vətəndaşlarının 67,5%-i hava, 30%-i dəmir yolu və avtomobil, 2,5%-i isə dəniz nəqliyyatından istifadə edib.
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib