Audiovizual Şura ötən il 9 hüquqi şəxsin lisenziyasını ləğv edib.
BUTA.TV xəbər verir ki, bu barədə Şuranın hesabatında bildirilib.
Qeyd olunub ki, Audiovizual Şura fəaliyyətdə olmayan, o cümlədən fəaliyyət göstərdiyi təsbit olunmayan audiovizual media subyektlərinin lisenziyalarının ləğv olunması prosesi həyata keçirib.
İl ərzində Audiovizual Şuranın müvafiq qərarları ilə Caspium Group MMC-yə xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla yayımının həyata keçirilməsini təmin edən fəaliyyət üçün, "Media Art" şirkətinə, Metronet MMC-yə, Albax TV MMC-yə, Şam MMC-yə, Real Telecom MMC-yə, RA Technologies MMC-yə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş lisenziyalar, habelə İzone MMC-yə və Startelekom MMC-yə universal platforma operatoru fəaliyyətini təmin etmək üçün Azərbaycan Audiovizual Şurası tərəfindən verilmiş lisenziyalar ləğv edilib.
Ümumilikdə, 9 hüquqi şəxsin lisenziyası ləğv edilib.
Bununla da, hazırda, Azərbaycan ərazisində fəaliyyət göstərən audiovizual media subyektlərinin (redaksiyalarının və xidmətlərinin) tərkibi belədir:
11 ümumölkə yerüstü televiziya redaksiyası;
10 regional yerüstü televiziya redaksiyası (bundan 1-i Naxçıvan MR-da);
16 ümumölkə yerüstü radio radio redaksiyası;
4 regional yerüstü radio redaksiyası (bundan 1-i Naxçıvan MR-da);
10 peyk yayımı həyata keçirən platforma yayımçısı redaksiyası (bundan 8-i həm də regional yerüstü televiziya redaksiyasıdır);
16 peyk yayımı həyata keçirməyən platforma yayımçısı redaksiyası;
2 sifarişli yayım xidməti provayderi;
42 universal platforma operatoru;
8 sadə platforma operatoru;
2 multipleks operatoru.
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib