Gündəlik tonlarla ərzağın yararlılıq vaxtı ötür. Həmin məhsullar satışdan çıxarılmalıdır. Çünki istehlakçı fəal nəzərat edərək, həmin məhsulu aşkarlayıb, dövlət orqanlarına məlumat verərsə, mağazanı 1500 manat dəyərində cərimə gözləyir.
Bu sözləri BUTA.TV-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov sosial şəbəkələrdə yayılan az xarab olmuş məhsulların zibil qabına atılması görüntüsü haqda danışarkən qeyd edib.
O bildirib ki, mağaza sahibləri vaxtı keçmiş məhsulları adətən distribüterə geri qaytarır:
“Təəssüf ki, distribüter ya onu başqa cür qablaşdırır, ya da həmin malın qiymətini və tarixini dəyişərək yenidən istehlakçıya yönəldir. Dəfələrlə belə məsələlər dövlət orqanları tərəfindən ifşa olunub, tədbir görülüb. Ona görə də vaxtı keçmiş bütün mallar məhv edilsə yaxşıdır”.
Ekspert əlavə edib ki, az xarab olmuş və istehlaka yararlılığını saxlayan, ancaq tanınmış supermarketlərin öz imicinə görə satışdan çıxardığı məhsullarla bağlı isə fərqli bir siyasət tətbiq etmək mümkündür:
“Bunun üçün ayrıca qurum yaratmaq olar. Məsələn, Bakının müxtəlif yerlərində geyinilməyən və ya ikinci əl paltarları qoymaq üçün qutular yerləşdirilib. Bu geyimləri ehtiyacı olan şəxslər götürür. Əgər hələ də istehlaka yararlı sayıla biləcək məhsulu supermarket öz imicinə görə satışdan çıxarırsa, bu da mütəxəssis rəyi ilə müəyyən edilərək, mağazanın önündə xüsusi ayrılan qablara yerləşdirilə bilər ki, ehtiyacı olan onu götürsün. Bu barədə ayrıca təkliflər hazırlamaq da mümkündür”.
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib