Cəlilabadda ağır qəza: 3 nəfər yaralandı

18:36 - 21 Yanvar 2024 - GÜNDƏM

 Cəlilabadda ağır qəza: 3 nəfər yaralandı

Cəlilabad rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

BUTA.TV-ın Report-a istinadən məlumatına görə, hadisə Silsilə deyilən ərazidə qeydə alınıb.

Belə ki, "Pajero" və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 3 nəfər rayon sakini, 1992-ci il təvəllüdlü Elxan Quluzadə, 1991-ci il təvəllüdlü Orxan Hüseynzadə və 1995-ci il təvəllüdlü Əsgər Quliyev xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Belə kartof almayın! – Adamı zəhərləyir

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol