Bu əməliyyatlar milli təhlükəsizliyi təmin etmək və terrorçulara təcili cavab zərurətindən irəli gəlib.
BUTA.TV xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İranın İraq və Pakistanda həyata keçirdiyi əməliyyatlar barədə danışarkən deyib.
“İraq ilə yaxşı münasibətlərimiz olsa da, təəssüf ki, son zamanlar bu bölgədən İran vətəndaşlarına qarşı təhdidlər var. Təbiidir ki, milli təhlükəsizliyi təmin etmək hökumət və silahlı qüvvələrimizin qırmızı xəttidir”, - o bildirib.
O, Pakistanda “Ceyş ül-Ədl” qruplaşmasına edilən hücumdan da danışıb:
“Pakistanın Kuhi-Sabz bölgəsindəki bazalara hücum əməliyyata hazır olan terrorçulara təcili cavab zərurətindən irəli gəlirdi. Demək olar ki, onlar ümumi sərhəddən cəmi yarım saatlıq məsafədə idilər və İran sərhədinə, ölkəmizin bazalarına və ola bilsin ki, hətta vətəndaşlarımıza hücum etməyə hazır idilər”.
Qeyd edək ki, İran 16 yanvarda İraqın Ərbil şəhərinə və Pakistanın Kuhi-Sabz bölgəsinə raket hücumları həyata keçirib.
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib