İranın Loristan əyalətinin Brucerd şəhərində mülki geyimli təhlükəsizlik məmuru 2 tələbəni güllələyib.
BUTA.TV xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Bildirilib ki, təhlükəsizlik məmurları iki tələbənin olduğu avtomobili saxlayaraq onlardan düşmələrini istəyiblər. Məmurlar mülki geyimdə olduqları üçün tələbələr onların istəyinə tabe olmayıb, buna görə də onlar atəş açıb.
Hadisə nəticəsində Anahita Əmirpur adlı qız tələbə ölüb, digər tələbə isə yaralanıb.
Brucerdin fərmandarı Müslüm Muradi hadisəni təsdiqləsə də, məmurların havaya atəş açdıqlarını, gənc qızın istəmədən öldürüldüyünü bildirib.
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib