Varşava döyüş təyyarələrini havaya qaldırdı

12:58 - 23 Yanvar 2024 - GÜNDƏM

 Varşava döyüş təyyarələrini havaya qaldırdı

Polşa və müttəfiqləri Rusiyanın uzaqmənzilli aviasiyasının fəaliyyətinə görə öz təyyarələrini havaya qaldırıb.

BUTA.TV xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı məlumat yayıb.

“Nəzərinizə çatdırırıq ki, Rusiyanın uzaqmənzilli aviasiyasının intensiv fəaliyyəti müşahidə olunur. Xəbərdarlıq edirik ki, Polşa və müttəfiqlərin təyyarələri işə salınıb və bu, xüsusilə ölkənin cənub-şərq hissəsində səs-küy səviyyəsinin artmasına səbəb ola bilər”, - nazirlik vurğulayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol