Fransanın cənubundakı Aryex departamentindən keçən N20 avtomobil magistralında fermerlərin etiraz aksiyası zamanı baş verən yol qəzası nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə Fransa Fermerlər İttifaqları Milli Federasiyasının rəhbəri Arno Russo bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində qadın ölüb, onun həyat yoldaşı və qızı isə ağır yaralanıb.
Qeyd edilib ki, bu magistral etiraz aksiyası səbəbindən fermerlər tərəfindən qismən bağlanıb.
Xatırladaq ki, fermerlər Ukraynadan Fransaya kənd təsərrüfatı məhsullarının idxalının artması nəticəsində gəlirlərinin azalmasından narazıdırlar. Onlar həmçinin Avropa İttifaqının bu sahədəki bürokratik prosedurlarının sadələşdirilməsini tələb edirlər.
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan