İranın Xuzistan əyalətinin Əhvaz şəhərində 17 gün əvvəl dünyasını dəyişən Cabir Bəni-Təmimin adı parlament seçkilərinə namizədlər siyahısına salınıb.
BUTA.TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, Cabir Bəni-Təmim bundan əvvəl 12-ci dövr parlament seçkilərinə namizədliyini irəli sürsə də, Nəzarət Şurası bunu rədd edib.
“Ərəb namizəd həyatını itirdikdən sonra şura onun parlament seçkilərində iştirak etməsi üçün namizədliyini təsdiqləyib və əhvazlı seçicilərini təmsil etməyə layiq olduğu barədə qərar çıxarıb”, - məlumatda bildirilib.
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan