Ukraynada fransız muzdlularının olduğunu göstərən etibarlı məlumata sahibik.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentin sözçüsü Dmitri Peskov deyib.
“İsrar edirik ki, Ukraynada Fransa vətəndaşlarının, fransız muzdluların olduğunu göstərən etibarlı məlumatımız var. Fransa nümayəndələrinin isə Ukraynadakı bu qırğında iştirak edən fransızlarla heç nə edə bilməyəcəkləri barədə açıqlamalarına, sadəcə, təəssüf edirik”, - o bildirib.
Peskov vurğulayıb ki, Fransa öz vətəndaşları ilə daha diqqətli davranmalıdır:
“Onlara Kiyev rejiminin cinayət əməllərində iştirak etməmək qətiyyətlə tövsiyə etməlidir”.
Qeyd edək ki, yanvarın 17-də Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Xarkovda fransız muzdluların olduğu binaya yüksək dəqiqliklə zərbə endirdiyini və nəticədə 60-dan çox yaraqlının öldürüldüyünü bildirib. Paris isə məhv edilmiş döyüşçülərin Fransanın silahlı qüvvələri ilə heç bir əlaqəsi olmadığını bəyan edib.
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan