Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin İl-76-nın Belqorod vilayətində qəzaya uğraması ilə bağlı ABŞ Konqresinə və Bundestaqa müraciət hazırlamağı tapşırıb.
BUTA.TV xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Volodin həmçinin hansı raketlərin və ya buraxılış qurğularının istifadə olunduğunu öyrənməyi təklif edib:
“Gəlin ABŞ Konqresinə və Almaniya Bundestaqına müraciət hazırlayaq ki, deputatlar nəhayət kimi maliyyələşdirdiklərini, kimə kömək etdiklərini aydın görsünlər, bu, Bayden, Makron, Şolts və digər siyasətçilərdən qidalanan nasist rejimidir. Onlar öz məsuliyyətlərini dərk etməli və parlament üzvləri onlara impiçment elan etməlidirlər”.
Qeyd edək ki, Rusiya Aerokosmik Qüvvələrinə məxsus 65 ukraynalı əsir, ekipaj və onu müşayiət edən şəxslərlə mübadilə üçün daşınan “İl-76” nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan