Qəzaya uğrayan İl-76 təyyarəsinin göyərtəsində ukraynalı əsirlər deyil, S-300 sistemləri üçün idarəolunan zenit raketləri olub.
BUTA.TV xəbər verir ki, bu iddia Ukrayna Teleqram kanalları tərəfindən ortaya atılıb.
Ukraynalı hərbi ekspert Aleksandr Kovalenko məsələ ilə bağlı bildirib ki, qəzadan sonra baş verənlər bu iddiaları təsdiqləyir:
“Yerə çırpılandan sonra təyyarədən heç bir şey qalmadı, gövdəsinin hissələri ətrafa səpələnib. Çırpıldıqdan sonra döyüş sursatının partlaması da baş verib. Bundan başqa hadisə yerindən yayılan fotolarda ərazidə heç bir cəsəd gözə dəymir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, heyətlə birlikdə göyərtədə 74 adam olub, amma ətrafda bir dənə də cəsəd yoxdur”.
Ekspertin sözlərinə görə, heç vaxt əsirləri təyyarə ilə aparmırlar:
“Üstəlik, Müdafiə Nazirliyinin məlumatına görə, 65 hərbi əsirin cəmi 3 müşayiətçisi olub”.
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan