Fevralın 7-də keçiriləcək prezident seçkilərindən sonra hökümətin tərkibində dəyişikliklərin olacağı ilə bağlı proqnozların ardı-arası kəsilmir. Siyasi çevrələrdə vəzifəsi ilə vidalaşacaq yüksək rütbəli məmurlarla bağlı müəyyən ehtimallar səsləndirilir.
Hazırda kabinə üzvü olan ən azı 3 nazirin yeni hökumətdə təmsil olunmayacağı bildirilir. Yenisabah.az-ın əldə etdiyi məlumata görə, dəyişikliklər daha geniş spektri əhatə edəcək. Hakimiyyət dairələrindəki mənbələrdən aldığımız məlumata görə, yola salınacaq məmurların karvanına Təhlükəsizlik Şurasının katibi Ramil Usubov da qoşulacaq. Mənbə bu qərarın məhşur general-leytenanta qarşı etimadsızlıq kimi qiymətləndirilməsinin əleyhinə olduğunu bildirib. Onun sözlərinə görə, sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının indiki katibi əvvəllər olduğu kimi, yenə hakimiyyətin ən çox güvəndiyi kadrlardan biridir.
Sadəcə olaraq, yaşının irəliləməsi və səhhətində müəyyən problemlərin yaranması səbəbindən gərgin iş qrafikindən imtina etmək məcburiyyətində qalıb.
Mənbə 76 yaşlı Usubovun prezident seçkilərindən bir müddət sonra yola salınacağını bildirib.
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan