İlham Əliyevin açıqlamaları, eləcə də son bəyanatı yeni deyil. Onların öz xətti var və ona sadiq qalırlar. Yəni Əliyevin bütün açıqlamalarını müqayisə etsək, görərik ki, bu açıqlamalarda heç bir ziddiyyət yoxdur.
BUTA.TV xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib.
“Digər sual ondan ibarətdir ki, Paşinyan və komandası Ermənistan cəmiyyətini çaşdırmağa çalışır. Baxın, çoxdan deyirlər ki, razılaşma var, bəndlər təqdim olunub, getdik, imzalayırıq və s. Amma o vaxt Azərbaycan tərəfi susdu. Bundan sonra Əliyev bir daha izah etdi ki, heç nə qərarlaşdırılmayıb. 2020-ci il müharibəsindən sonra bizdə belə bir ənənə formalaşıb ki, Ermənistanın həm xarici, həm də daxili siyasi xəttini Əliyev müəyyənləşdirir. Azərbaycan Ermənistanda siyasi qərar verən tərəfə çevrilib”, - o bildirib.
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan