Yanvarın 27-də “planetlərin mini paradı” olacaq.
BUTA.TV xəbər verir ki, Merkuri, Venera və Mars eyni istiqamətdə düzüləcək. Cəmi üç planet sıralandığına görə kosmik hadisə “mini düzülüş” adlanır. Astrofiziklər bildiriblər ki, “parad”ı Oxatan bürcündə görmək mümkün olacaq.
Qeyd edək ki, ən yaxın “böyük düzülüş” (5 planet) cari ilin aprelin 20-də olacaq.
“Tam düzülüş” isə bu il gözlənilmir. Yeddi planetin iştirakı ilə olacaq “parad” 2025-ci il fevralın 28-nə proqnozlaşdırılıb.
Əlavə edək ki, “planetlərin paradı” - Günəş sistemi planetlərinin bir neçəsinin Günəşə nəzərən eyni istiqamətdə kiçik bir sektorda yerləşməsini nəzərdə tutan astronomik hadisədir.
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan