Şabranda 25 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən Teymur Cəfərzadəyə hökm oxunub.
BUTA.TV xəbər verir ki, bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, T.Cəfərzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2022-ci il iyunun 15-i saat 23 radələrində Şabran rayonu ərazisində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Teymur Cəfərzadə tanışı, 1997-ci il təvəllüdlü Orxan Əliyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıcaqlayaraq qətlə yetirib.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Teymur Cəfərzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Şabranda qətlə yetirilən Orxan Əliyev Vətən müharibəsi qazisi olub. O, “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan