Saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə qar yağır.
Bu barədə BUTA.TV-a ETSN-in Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qar örtüyünün hündürlüyü: Laçında 50 sm, Qax, Şahbuzda 48 sm, Ordubadda 29 sm, Şəkidə 24 sm, Lerikdə 23 sm, Daşkəsəndə 22 sm, Kəlbəcər, Göygöl, Lerik, Sədərək, Qrız, Gədəbəy, Zaqatala, Şirvan, Yardımlı, Şahdağ, Qəbələ, Şərur, Xaltan, Altıağac, Ceyrançöl, İmişli, İsmayıllı, Naxçıvan, Qubada 10 sm-dir.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, arabir 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2,6 metrdir.
Bakı, Sumqayıt, Naxçıvan, Şərur, Şahbuz, Naftalan, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Xaltan, Qrız, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunur. Dumanda görünüş 50-500 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Aran rayonlarında 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, Naxçıvan MR-da 8 dərəcəyədək şaxta, dağlıq rayonlarda 4-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 19 dərəcəyədək şaxta olub.
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi