Somali quldurları Şri-Lankada gəmi ələ keçirdilər

16:12 - 28 Yanvar 2024 - GÜNDƏM

 Somali quldurları Şri-Lankada gəmi ələ keçirdilər

Somali quldurları Şri-Lankada balıqçı gəmisini ələ keçiriblər.

BUTA.TV xəbər verir ki, bu barədə Şri-Lanka Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Şri-Lanka hakimiyyəti ələ keçirilən balıqçı gəmisini azad etmək üçün birgə dəniz qüvvələrindən kömək istəyib.

Qeyd edilir ki, gəmi yanvarın 27-də dəniz quldurları tərəfindən ələ keçirilib. Gəminin göyərtəsində altı nəfər olub.

Bu xəbər hal-hazırda çox oxunur
4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Birləşmiş Dəniz Qüvvələri 40 ölkənin daxil olduğu koalisiyadır. Somali sahilləri də daxil olmaqla, gəmilərin təhlükəsizliyini təmin etmək üçün əməliyyatlar həyata keçirir. Bu qüvvələrin qərargahı Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının bazasında yerləşir.​


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol