Hakan Fidan Viktoriya Nulandla görüşdü

20:12 - 28 Yanvar 2024 - GÜNDƏM

 Hakan Fidan Viktoriya Nulandla görüşdü

ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

BUTA.TV xəbər verir ki, Türkiyə-ABŞ strateji mexanizmi toplantısında iştirak üçün Ankaraya gələn Nulandın Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşü olub.

Görüşdə Yaxın Şərq və Afrikadakı hadisələrlə bağlı fikir mübadiləsinin aparıldığını bildirib.

Türkiyə-ABŞ strateji mexanizmi toplantısında ölkələr arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlərin ətraflı müzakirəsi gözlənilir.

Bu xəbər hal-hazırda çox oxunur
4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol