Rusiya Ukraynada 7 mindən çox zirehli texnikasını itirib.
BUTA.TV xəbər verir ki, bu barədə "Bild" nəşri Böyük Britaniya Müdafiə Nazirliyinin hesabatına istinadən məlumat dərc edib.
Bildirilib ki, 2022-ci il fevralın 24-dən bəri Rusiya qoşunları 2600-ə yaxın tank və 4900 zirehli texnika itirib. 2023-cü ildə itkilər 2022-ci illə müqayisədə 40% azalıb.
Britaniya MN isə qeyd edir ki, Rusiya ayda ən azı 100 yeni tank istehsal edə bilər, ona görə də yaxın gələcəkdə hücumlarını davam etdirəcək.
Ötən ilin oktyabrında Rusiya silahlı qüvvələri yenidən hücuma keçib və texnika itkiləri yenidən artmağa başlayıb. O vaxtdan bəri Rusiya ordusu 365 tank və 700 zirehli texnika itirib. Nəticədə, yalnız son dərəcə cüzi ərazilər əldə edilib.
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi