Əgər Zalujnı hakimiyyət uğrunda mübarizə aparmaq istəsə, uğur qazana bilər, çünki onu çoxlu hərbçi və mülki vətəndaş dəstəkləyir.
BUTA.TV xəbər verir ki, bunu “dxr”in separatçı başçısının müşaviri Yanq Qagin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnının istefası ilə bağlı yayılan xəbəri şərh edərkən deyib.
Y.Qagin Zalujnının vəzifədən gedəcəyi təqdirdə hərbi çevrilişin baş vermə ehtimalının yüksək olduğunu vurğulayıb:
"İstisna etmirəm ki, indi hakimiyyət uğrunda hansısa mübarizə aparıla bilər və bu, sadəcə olaraq, bu istefa ilə qızışdırıla bilər".
Qeyd edək ki, ötən gün Ukraynanın Teleqram kanallarında və bəzi Rusiya saytlarında Valeri Zalujnının işdən çıxarıldığı, ona Avropa ölkələrindən birində səfir vəzifəsi təklif edildiyi və bundan imtina etdiyinə dair xəbərlər yayılmışdı.
Ukrayna Müdafiə Nazirliyi və Zelenskinin mətbuat katibi Zalujnının istefa xəbərini təkzib edib.
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi