Ankaranın aldığı S-400 zenit-raket kompleksləri ilə bağlı məsələ həll olunarsa, ABŞ Türkiyəni F-35 qırıcılarının istehsalı proqramına qaytarmağa hazırdır.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland “CNN Türk”ə açıqlamasında deyib.
Onun sözlərinə görə, tərəflər “Patriot” komplekslərinin satışı ilə bağlı danışıqlar prosesində idilər, lakin Türkiyə fərqli istiqamətə getdi:
“Ona görə də bu gün bir neçə müzakirə apardıq. Aydındır ki, biz istədiyimiz S-400 məsələsini həll edə bilsək, ABŞ Türkiyəni yenidən F-35 ailəsinə qəbul etməkdən məmnun olacaq. Ancaq əvvəlcə bu məsələni həll etməli, eyni zamanda Türkiyəni güclü hava hücumundan müdafiə sistemi ilə təmin etməliyik”.
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi