Paytaxt ərazisində üzərində qanunsuz olaraq “Makarov” gəzdirən daha bir şəxs saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü Nemət Şükürov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.
Ondan 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.
N.Şükürov silahı bir müddət əvvəl əldə etdiyini, amma polisə könüllü təhvil vermək əvəzinə, satmaq niyyəti ilə özündə saxladığını bildirib.
Faktla bağlı Sabunçu RPİ 13-cü PŞ-də araşdırmalar davam etdirilir.
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi