MKİ rəhbərindən şok: ABŞ dünya lideri deyil!

20:00 - 30 Yanvar 2024 - GÜNDƏM

 MKİ rəhbərindən şok: ABŞ dünya lideri deyil!

ABŞ artıq dünya səhnəsində mübahisəsiz liderliyə malik deyil.

BUTA.TV xəbər verir ki, bu fikri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns “Foreign Affairs” jurnalı üçün yazdığı məqalədə bildirib.

“Çinin yüksəlişi və Rusiyanın revanşizmi ABŞ-ın artıq mübahisəsiz hökmranlığa malik olmadığı və ekzistensial iqlim təhlükələrinin yaxınlaşdığı gərgin geosiyasi rəqabət dünyasında ciddi geosiyasi çağırışları ehtiva edir”, - deyə bildirilib.

Börns əlavə edib ki, davam edən texnoloji inqilab dövründə vəziyyət, hətta sənaye inqilabı və ya nüvə əsrinin başlanğıcı ilə müqayisədə daha da mürəkkəbləşib.

Bu xəbər hal-hazırda çox oxunur
4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol