ABŞ İordaniyanın şimal-şərqindəki Ət-Tanf bazasına əlavə hava hücumundan müdafiə vasitələri göndərib.
BUTA.TV xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
“Göndərilən hava hücumundan müdafiə sistemi pilotsuz təyyarələrin qarşısını almaq üçün nəzərdə tutulub”, - məlumtada deyilir.
Bildirilib ki, hücum zamanı PUA-ların vurduğu hava hücumundan müdafiə qüvvələri ABŞ-ın İraq və Suriyadakı bazalarında olduğu qədər güclü deyildi, çünki bu ərazi əvvəllər hücuma məruz qalmamışdı.
Qeyd edək ki, yanvarın 28-də ABŞ-ın İordaniyadakı bazasına edilən PUA hücumu nəticəsində 3 hərbçi ölmüş, 34 nəfər yaralanmışdı. ABŞ hücuma görə İranın məsuliyyət daşıdığını bildirmişdi.
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi