TikTok-un dünya trendinə düşən azərbaycanlı idmançı Emin Çaqayevin məşqlərinin müzakirəsi davam edir.
Özünəməxsus tərzdə məşq keçən idmançı gündəmdən düşmür. Rəqs edərək və tempi hesablayaraq arıqlama məşqləri aparan məşqçinin qiymətləri son günlər cəmiyyəti maraqlandıran məsələlərdən biridir. BUTA.TV Çaqayevin məşq qiymətləri ilə maraqlanıb. Belə ki, 60 günlük xüsusi məşq proqramına qoşulmaq üçün nə az, nə çox 1000 manat ödəmək lazımdır.
Proqrama qoşulan zaman şəxsə özəl, onun məqsədinə uyğun xüsusi yemək proqramı yazılır. Məşqlər idmançının nəzarəti altında, həftədə 3 dəfə aparılır.
Lakin məşhur məşqçinin proqramına qoşulmaq elə də asan deyil, bunun üçün öncədən sıraya yazılmaq lazım olur.
Qeyd edək ki, Çaqayev “TikTok” və “İnstagram”ın aktiv istifadəçisidir, onun “TikTok” səhifəsinə 860 000 izləyici abunə olub, baxışlarının sayı isə 20 milyonu keçib və artmaqda davam edir. Onun məşqlərdə çəkilən videoları sosial şəbəkədə yayılaraq qlobal TikTok tendensiyalarına çevirilib.
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi