Sərhədlərin bağlı qalması Azərbaycan kimi ölkələrdə əhalinin həyat tərzinə, məişətinə ciddi problem yaradır. Turizm cəhətdən yanaşsaq, bu, həm Azərbaycana gələnlər, həm də ölkədən gedənlər üçün ciddi problemdir.
BUTA.TV xəbər verir ki, bunu Bakupost.az-a iqtisadçı-ekspert Rəşad Həsənov quru sərhədlərin açılma ehtimalı ilə bağlı yayılan məlumatlar barədə danışarkən deyib.
“Bu gün yalnız hava nəqliyyatının qalması, xüsusilə Azərbaycan kimi ölkədə əhalinin həyat tərzinə, məişətinə kifayət qədər ciddi problem yaradır. Çünki hava nəqliyyatı Azərbaycanda demək olar ki, vətəndaşların seçimləri sırasında olmayan bir nəqliyyat növüdür. Qiymətləri çox bahadır. Ona görə də quru sərhədlərin açılması vacibdir”, - ekspert bildirib.
R.Həsənovun fikrincə, seçkidən sonra quru sərhədlərin açılması ilə bağlı qərar verilə bilər:
“Çünki sərhədlərin bağlı qalması iqtisadiyyatın bütün sahələrinə mənfi təsir göstərir. Sərhədlərin açılması turizm sektorunun inkişafına ciddi təkan verə bilər. Eyni zamanda, sərhədyanı kiçik ticarətin son 3 ildə yaşadığı durğunluqdan müəyyən qədər çıxmasına səbəb olacaq”.
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi